File:Diri Baba türbəsi (1402-ci il).jpg

From Wikimedia Commons, the free media repository
Jump to navigation Jump to search

Original file(1,920 × 2,560 pixels, file size: 1.81 MB, MIME type: image/jpeg)

Captions

Captions

Add a one-line explanation of what this file represents

Summary[edit]

Description
Azərbaycanca: 1402-ci ilə aid kitabəsində Dərviş adlı şəxsə aid olub Şeyx İbrahim Şirvanin göstərişi ilə bina edildiyi barədə məlumat verilən Diri Baba türbəsi...

Məşhur türk səyyah Evliya Çələbi Diri baba türbəsi ilə bağlı yazırdı:

"...Pir Mərizat adlanır, amma insanlar arasında Pir Mərza, bəziləri də Pir Mirza deyərlər. Amma səhihi Pir Mərizatdır, yəni Diri Baba adı ilə afaqi-İran və Turanda məşhurdur. Amma Mərizat sözü fars danışıq dilində bükülmüş deməkdir. Həqiqətdə isə bir yüksək dağın ətəyində bir böyük əzəmət asitanə içrə bir guşədə səccadənişin olub şərəfli vücudları yun xirqələri ilə kəmər bağlayıb çöməlib oturur. Müqəddəs simaları qibləyə baxır...Şeyx Səfi həzrətləri Ərdəbildən gəlib bu sultanı ziyarət etdikdə əziz həzrətlərinin üzərinə on ədəd Azərbaycan xəzinəsi sərf edib bir Bəktaşi təkkəsi bina etmişdir ki, bəlkə Məşhəddəki İmam Musa Rza asitanəsi bənzəri ola bilsin. Tərifəgəlməz və təsviredilməz bir möhtəşəm asitanədir. Mübarək kandarından içəri daxil olan zəvvara bir heybət, bədəninə də bir lərzə gəlir. Sanki günahkar bir adam padşahın hüzuruna gəlir. Elə bir əzəmətli və ruhaniyyət məqamdır...təkkənişi Xoca Səlahəddin hekayət etdi ki...əziz həzrətləri Şeyx İbrahim Şirvani həzrətlərinin müəzzinliyi xidmətində imiş...Diri Baba sultanın şeyxidir. Bu da hər kəsin ziyarətgahıdır. Əcəm şahlarından Şah Xudabəndə bu əziz üzərində bir gümbəz və bir böyük təkkə bina etmişdir..."

Birinci mərtəbədə iki otaq vardır. Bu otaqlar cənub tərəfdən fasadda iki çatmatağla qeyd edilmişdir. Bir pəncərəli sol tərəfdəki otağın daxilində tavan çatma formasındadır. Ondan sağdakı kiçik kvadrat otağın tavanı isə səkkizkünc günbəzlə örtülmüşdür. Bu otaqdakı çatmatağlı çıxış yolu ikinci mərtəbəyə aparan pilləkənlərə çıxır. İkinci mərtəbə bir geniş mərkəzli günbəzli otaqdan ibarətdir. Bu otaq aşağıdakı iki otağın sahəsi ölçüsündədir. Otaq xaricdən sferik formalı günbəzlə örtülmüşdür. Günbəzin dayağı olan künc trompları daş üzərində oyma nəbati naxışlarla bəzədilmişdir. Böyük otağın fasada açılan, eləcə də Şərq və Qərb tərəfə baxan işıq gələn açırımları vardır. Otaqdan şimal tərəfə açılmış iki böyük açırım türbəni qayadakı mağara ilə əlaqələndirir. Memarlıq obrazının orijinallığı, tikinti kompozisiyasının təkraredilməzliyi və təbiət ilə sıx əlaqəsinin olmasına görə bu abidə Azərbaycan memarlığı tarixində xüsusi yer tutur. Bu binada memarın bir sıra maraqlı yaradıcılıq xüsusiyyətləri vardır. Onlardan fəza boşluğunun plastik formalarla həllinin gözəl mənzərəli təbiətlə əlaqələndirilməsi, qarmaqarışıq təbiət mənzərəsində memarlıq kütlələrinin ciddiliyini qeyd etməsi, daxili fəza boşluqlarının düzgün təşkili, daxili həcmlərin tapılmış nisbətləri, dekorativ oymaların gözəlliyi və sairəni göstərmək olar. Binanın mərtəbələrini bir-birindən ayıran dekorativ yazı kəmərində abidənin tarixi hicri 805 (miladi 1402)-ci il kimi göstərilmişdir.

Günbəzli salonun tromplarının hörmə naxışları öz gözəlliyi və məharətlə işlənməsi Şirvanşahlar saray kompleksinin eyni tipli dekorativ işləri səviyyəsindədir.Bu trompların birində həkk edilmiş yazıya görə bu türbə ustad Hacının oğlu tərəfindən tikilmişdir. Bu binanın memarlıq üslubu onu XV əsrdə Bakıda inşa edilmiş görkəmli abidələr, xüsusilə Şirvanşahlar saray kompleksi ilə bağlayır.
Date
Source Own work
Author Elnur26

Licensing[edit]

I, the copyright holder of this work, hereby publish it under the following license:
w:en:Creative Commons
attribution share alike
This file is licensed under the Creative Commons Attribution-Share Alike 4.0 International license.
You are free:
  • to share – to copy, distribute and transmit the work
  • to remix – to adapt the work
Under the following conditions:
  • attribution – You must give appropriate credit, provide a link to the license, and indicate if changes were made. You may do so in any reasonable manner, but not in any way that suggests the licensor endorses you or your use.
  • share alike – If you remix, transform, or build upon the material, you must distribute your contributions under the same or compatible license as the original.

File history

Click on a date/time to view the file as it appeared at that time.

Date/TimeThumbnailDimensionsUserComment
current16:58, 20 May 2015Thumbnail for version as of 16:58, 20 May 20151,920 × 2,560 (1.81 MB)Elnur26 (talk | contribs)User created page with UploadWizard

There are no pages that use this file.

Metadata