File:Suraxanı Atəşgah Məbədi.jpg

From Wikimedia Commons, the free media repository
Jump to navigation Jump to search

Original file(685 × 913 pixels, file size: 148 KB, MIME type: image/jpeg)

Captions

Captions

Add a one-line explanation of what this file represents

Summary[edit]

Description
Azərbaycanca: Tarixi mənbələrdə yazıldığına görə, "Atəşgah" XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi, sönməz alovların yerində inşa edilmiş müqədəs ziyarətgahdır. Məbədin ən erkən tikilişi təqribən eramızın 1713-cü ilinə aid edilir. Mərkəzi məbəd-səcdəgah isə 1810-cu ildə hindistanlı tacir Kançanaqaranın vəsaiti ilə tikilmişdir.

Atəşgah dənizdən azacıq aralı, Abşeron yarımadasındakı Suraxanı kəndinin cənub-şərq qurtaracağında, neft mədənlərinin yaxınlığında yerləşir.

Hazırda bu məkan hər tərəfdən neft buruqları ilə əhatə olunub. Abidənin tikildiyi yerin relyefi düzənlikdir. Tarixçilərin yazdığına görə, hücrələr və ibadətgah XVII-XIX əsrlər ərzində, müxtəlif vaxtlarda tikilmişdir. Hücrələr XVII əsrin sonlarında ümumi hasara alınmışdır. Belə güman olunur ki, "Atəşgah" Bakıya gələrək burada məskunlaşan və əslən şimali Hindistandan olan sinkhlər təriqətinə mənsub hind icması tərəfindən inşa edilmişdir.

Atəşgahın orta əsr karvansaralarını xatırladan konstruksiyası planda qapalı beşguşə formasında olub, vaxtilə zəvvarlara xidmət üçün istifadə edilən 24 hücrədən və bir otaqdan ibarətdir. Qapalı beşguşəli divarların əmələ gətirdiyi həyətin ortasında rotonda şəklində ibadətgah var. Məbədin ortasındakı quyudan çıxan təbii qaz (metan) bir vaxtlar gecə-gündüz zəbanə çəkərək yanarmış. Atəşgah inşa edilərkən məbədin gümbəzinin dörd küncü üzərində də içərisində yanan qazın şölə saçdıgı daş piyalələr quraşdırılıb. Klassik dördbucaqlı formasında olan Od Məbədinin özü isə hər tərəfdən açıq olan giriş qapıları ilə əhatələnib. Məbədin Balaxanı kəndi istiqamətində olan şimal divarındakı tağın üstündə hind dilində kitabə quraşdırılmışdır. Digər hücrələrin girişi üzərində də hind əlifbası ilə həkk olunmuş belə kitabələr vardır. İyirmi belə kitabədən yalnız biri farscadır.
Date
Source Own work
Author MehsetiHuseynova

Licensing[edit]

I, the copyright holder of this work, hereby publish it under the following license:
w:en:Creative Commons
attribution share alike
This file is licensed under the Creative Commons Attribution-Share Alike 4.0 International license.
You are free:
  • to share – to copy, distribute and transmit the work
  • to remix – to adapt the work
Under the following conditions:
  • attribution – You must give appropriate credit, provide a link to the license, and indicate if changes were made. You may do so in any reasonable manner, but not in any way that suggests the licensor endorses you or your use.
  • share alike – If you remix, transform, or build upon the material, you must distribute your contributions under the same or compatible license as the original.

File history

Click on a date/time to view the file as it appeared at that time.

Date/TimeThumbnailDimensionsUserComment
current05:44, 23 May 2017Thumbnail for version as of 05:44, 23 May 2017685 × 913 (148 KB)MehsetiHuseynova (talk | contribs)User created page with UploadWizard

The following page uses this file:

File usage on other wikis

The following other wikis use this file:

Metadata