File:18 saylı qəbir (a) (tunc dövrü).jpg

From Wikimedia Commons, the free media repository
Jump to navigation Jump to search

Original file(2,480 × 3,543 pixels, file size: 4.65 MB, MIME type: image/jpeg)

Captions

Captions

Add a one-line explanation of what this file represents

Summary

[edit]
Description
Azərbaycanca: Naxçıvanda tunc dövrünə aid 18 saylı qəbrin qazıntısı B.İbrahimli tərəfindən aparılmışdır. 18 saylı qəbir II Plovdağ nekropolunun mərkəzi hissəsində zirvəyə yaxın yerləşmişdir.[2][3] Kromlexi bir neçə qatdan ibarət olmuşdur. Üst qat 15-20 sm qalınlığında (çox ehtimal ki. bu qat daha qalın olmuş zaman-zaman yağış və qar sularının təsirindən yuyulub getmişdir), ikinci qat 20-25 sm qalınlığında kisik həcmli daşlardan, üçüncü – qəbrin örtük daşları üzərində yerləşən qat isə nisbətən iri həcmli (çəkisi 5-8 kq olan) daşlardan qurulmuşdur. Qəbrin üstü iri həcmli sal daşlarla örtülmüş, qapısı da iri həcmli sal daşlarla qapanmışdır. Bunlardan başqa bir ədəd baş daşı da qoyulmuşdur ki, o da örtük daşlarından 23-25 sm hündürdədir. Qəbrin örtük daşları şimal tərəfdə yarımdairə, cənub tərəfdə isə düz qoyulmuşdur. Kamerası təmizlənərkən sağ yanı üstə, yarımbükülü vəziyyətdə başı şərq istiqamətində qoyulmuş, orta yaşlı kişiyə məxsus skelet aşkar olundu. Skeletin kəlləsi qarşısında dağ keçisi skeleti, bir ədəd tünd qırmızı, bir ədəd də tünd qara rəngli gil qablar, dəstəyi şəbəkəli olan tökmə tunc xəncər, tuncdan toppuz başı, bir ədəd ayaqbənd, içərisində dəvəgözü və çaxmaq daşından hazırlanmış on ədəd ox olan sadak, boynunda iki düzüm boyunbağı və altıbucaqlı asma bəzək, qulaqlarında hər biri 32 ədəd pasta və bir balıqqulağından ibarət sırğalar aşkar olundu. Bütün əlamətlər dəfn olunan şəxsin qəbilə basmışı və eyni zamanda kahin olduğunu göstərir. 18 saylı qəbrin sağ tərəfində bir qurbangah, şimal tərəfində isə ona bitişik işlənmiş iki uşaq qəbri işlənmişdir. Qurbangahda aşkar olunan qabların vəziyyəti onun ən azından öz zamanında iki dəfə açıldığını və oraya gil qablarda ərzaq qoyulduğunu göstərir. Ehtimal ki, bu mərhumun ölümündən bir il sonra, il mərasimində baş vermişdir. Plovdağ nekropolunun bu qəbirləri Naxçıvanın son tunc dövrünün ən unikal və parlaq qəbir abidələridir
Date
Source Own work
Author Elnur Neciyev

Licensing

[edit]
I, the copyright holder of this work, hereby publish it under the following license:
w:en:Creative Commons
attribution share alike
This file is licensed under the Creative Commons Attribution-Share Alike 4.0 International license.
You are free:
  • to share – to copy, distribute and transmit the work
  • to remix – to adapt the work
Under the following conditions:
  • attribution – You must give appropriate credit, provide a link to the license, and indicate if changes were made. You may do so in any reasonable manner, but not in any way that suggests the licensor endorses you or your use.
  • share alike – If you remix, transform, or build upon the material, you must distribute your contributions under the same or compatible license as the original.

File history

Click on a date/time to view the file as it appeared at that time.

Date/TimeThumbnailDimensionsUserComment
current06:47, 30 June 2017Thumbnail for version as of 06:47, 30 June 20172,480 × 3,543 (4.65 MB)Elnur Neciyev (talk | contribs)User created page with UploadWizard

There are no pages that use this file.

File usage on other wikis

The following other wikis use this file:

Metadata